Silah » İsrail-Rusiya münasibətlərində silah gərginliyi

Rusiyanın Suriyaya "Yaxont P-800" tipli raket sistemləri satması İsraili narahat edib

"Haber7" məlumat verir ki, sionist mətbuatı İsrailin müdafiə naziri Ehud Barakın Moskva ziayarətinin ardından Rusiyanın bu cür qərarını "İsrailin üzünə vurulun sillə" kimi qiymətləndirib.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov hərbi gəmilərə qarşı istifadə edilən bu raket sistemlərinin satışını qiymətləndirərkən, 2007-ci ildə imzalanan müqavilənin şərtlərinin yerinə yetirildiyini, həmçinin bundan əvvəl də Suriyaya bu cür sistemlərin satıldığını bildirib. O, həmçinin qeyd edib ki, "Əvvəlki silahlar terrorçuların əlinə keçməyibsə, bunlar niyə keçsin?".

İsrail rejiminin yüksək rütbəliləri isə dəfələrlə bu silahların "Hizbullah" təşkilatının əlinə keçməsinə görə narahatlıq duyduqlarını bildirib, Rusiya hökuməti danışıqlar aparıblar.

 

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!