Analitika və müsahibə » "Quranı yandırmaq sionistlərin acizliyidir"

“Cəfəri” heyətinin növbəti məclisində ABŞ-da Quranın yandırılması sərt tənqid edilib.

İslam-Azeri.az internet qəzetinin verdiyi xəbərə görə, bu məclisin xətibi Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadə olub.

O xütbəsini ABŞ-dakı son cinayətə - Quranın yandırılmasına həsr edib.

Xətib xütbəsində Quranın təhqir edilməsini müsəlmanlar üçün çox ağır olduğunu önə çəkərək deyib: “Hazırda Qurani Kərimin təlimi nəticəsində 1.5 milyard insanı bir araya gətirib. Qurani Kərim nazil olduğu gündən bu günə kimi İslam düşmənlərini dialoqa dəvət edir. Ayələrdə deyilir ki, əgər bacarırsınızsa Qurana oxşar bir surə gətirin. Düşmənlərin bir surə gətirə bilməməsi onların çox pis vəziyyətdə olmasını göstərir. Yəni Quran məntiqinin qarşısında heç bir məntiq dura bilmir. Bu baxımdan da İslam düşmənləri başqa yola əl atırlar. Acizliklərinə görə, Quranı təhqir edirlər, Peyğəmbərimizə hörmətsizlik nümayiş etdirirlər. İmamlarımızın necə ki, Bəqidəki qəbirlərini dağıdıblar, bu günlərdə də terror vasitəsilə ziyarətgahları dağılır. Bu terroru törədənlər də, Quran yandıranların nökərləridir. Bu günlərdə Bəqi qəbiristanlığının dağıdılmasının ildönümü ərəfəsidir. Sadaladığım bütün cinayətlər, terrorlar sionistlərin işləridir. Qurani Kərimdə də, “İman gətirənlərə ən çox düşmən olanları yəhudiləri görərsiniz” deyilir. Onlar Qiyamətə kimi müsəlmanlarla, İslamla düşməndirlər. Və heç vaxtda barışmayacaqlar. Necə ki, Quranda bu barədə deyilir: “Onları (yəhudiləri) müsəlmanlara həmişə düşmənçilik edən görərsiniz”. Sionistlərin Quranı yandırmaları, Peyğəmbərimizin nəuzu billah karikaturasını çəkməsi və başqa təhqirlər etməsi, onların acizliyinin nişanəsidir. Bütün dünyada, Avropada və Amerikada İslam surətlə inkişaf edir. Almaniyada ötən illərin statistikasına görə, ildə 18 min ölkə vətəndaşı İslam dinini seçməsi göstərilir. Müsəlmanlar gündən-günə artır. Bu da onları çox narahat edir. Bu artım sionistləri çox narahat edir”.

Dünya imperialistlərinin, sionistlərin dünya xalqlarına xəyanət etdiyini önə çəkən xətib İranın sülhməramlı nüvə enerjisi əldə etmək istəyinə görə hədəfə alındığını bildirib. Hacı Zülfüqar bu barədə deyib: “Onlar istəmirlər ki, digər xalqlar nüvə enerjisi əldə etsinlər. Çünki onlar digər xalqları öz əsarəti altında saxlamaq istəyirlər. İranla sionistlərin düşmənçiliyi də Qurana və İslama görədir”.

Azərbaycanda prezidentin Konstutusiyaya and içdiyi kimi Qurana da and içdiyini xatırladan xətib deyib: “Quranın yandırılmasına ümmət kimi narahat olduğumuz kimi, millət kimi də narahat olmalıyıq. Çünki and içdiyimiz kitabdan biri Qurandır. Quranı yandıranlar Azərbaycana da düşmənçiliklərini önə çəkirlər”.

Xütbəsinin sonunda Quranı təhqir edənləri bir daha tənqid edən Qurani Kərim hafizi, Quran və Hədis elmləri üzrə mütəxəssis alim, Höccətülislam vəl muslimin Hacı Zülfüqar Mikayılzadə bunlara ən yaxşı cavabın Quranın və təfsirinin tədrisi və həyatda bu İlahi kitaba əməl etməyin olduğunu bildirib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!