Orta şərq » Əhmədinejadın təmsilçilikləri ləğv edildi
Mahmud Əhmədinejad

Bir müddət əvvəl İranda təsis edilən prezidentin xüsusi təmsilçilikləri ləğv edilib

İslam-Azeri.az internet qəzetinin "İran" qəzetinə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın göstərişi ilə təsis edilən xüsusi təmsilçiliklər ləğv edilib.

Xatırladaq ki, bir müddət əvvəl Əhmədinejad özünün Yaxın Şərq və Asiyadakı təmsilçiliklərini təsis etmiş, Yaxın Şərq üzrə təmsilçiliyin rəhbəri Rəhim Məşai, Asiya üzrə təmsilçiliyin rəhbəri isə Həmid Bəqai olmuşdu.

Lakin Əhmədienajdın bürosunun siyasi məsulu Məhəmməd Cəfər Behdad verdiyi açıqlamada bu təmsilçiliklərin ləğv edildiyi və bu iki nəfərin yəni Rəhim Məşainin Əhmədienajdın Yaxın Şərq üzrə sözcüsü, Həmid Bəqainin isə Asiya üzrə sözcüsü vəzifəsinə təyin edildiyini bildirib.

Qeyd edək ki, Əhmədinejadın təmsilçilik yaratması hətta rəsmi dairələrdə belə narahatçılıq yaratmış və XİN-nin missiyasının ələ keçirilməsi kimi qiymətləndirilmişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!