Facebook, Twitter kimi sosial şəbəkələr yeniyetmələrin intellektinə mənfi təsir göstərir.
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, avstraliyalı tədqiqatçılar bu qənaətdədir.
Araşdırma çoxlu sayda valideynin övladlarının sosial şəbəkələrdən ayrılmaması ilə bağlı narahatlığına görə aparılıb. Araşdıma göstərib ki, valideynlərin 65%-i sosial şəbəkələrin onların övladlarını dərs oxumaqdan, digər intellektual işlərdən ayırdığına əmindir. Belə uşaqların orta məktəbdə yüksək göstəricilər əldə edə bilmədiyi də təsdiqlənib.