İslam-Azeri.az internet qəzetinin verdiyi xəbərə görə, İsrail rejiminin törətdiyi Sabra və Şatilla terrorundan 28 il keçir.
Qeyd edək ki, 1982-ci ildə Livanın paytaxtı Beyrutun cənubunda Sabra və Şatilla adlanan fəstinli qaçqın düşərgələrinə İsrailin əhatəsində falangist məsihilər tərəfindən hücum təşkil edilir ki, bu da ağır qətliamlar törədir.
Bu terrorda uşaq və qadın olmaqla 328 nəfər şəhid olunur.
Sonradan "Hizbullah" tərəfindən tapılan məlumatlarda isə, bu terrorun məhz İsrail tərəfindən planlaşdırıldığı ortaya çıxır və bu terrorun əsas təşkilatçısı İsrailin o dövrdəki müdafiə naziri Ariel Şaron elan edilir.