Misirin Şarm əş-Şeyx kurort şəhərində sionist İsrail rejiminin qondarma baş naziri Binyamin Netanyahu ilə Fələstinin Fəth təşkilatının rəhbəri Mahmud Abbas, bütün Fələstin xalqının etirazlarına baxmayaraq yenidən danışıqlara başlayıb, - “İslamNyus” xəbər verir.
FƏTH və sionist rejim rəhbərlərinin görüşü ABŞ dövlət katibi Hillari Klintonun iştirakı ilə baş tutub. Görüşdə iştirak edən Hillari Klinton danışıqların daha da irəliyə aparılmasının önəmli olduğunu vurğulayıb. Sionist İsrail rejiminin cəllad baş naziri bir daha bəyan edib ki, qanunsuz tikintilər məsələsində güzəştə getmək niyyətində deyillər və yalnız İordan çayının qərb sahillərində qanunsuz gəlmə sionistlər üçün tikintilərin aparılma tempini aşağı sala bilərlər. /deyerler.org/