Yaxın şərq » Bəhreyndə Əhli-beyt (ə) tərəfdarları sərbəst buraxılıb
Bəhreyn kralı 35 Əhli-beyt (ə) tərəfdarı daxil olmaqla 178 məhbusun azadlığa çıxması üçün qərar qəbul edib.

"Dünya Bülteni" saytının "Xalic tayms" xəbər agentliyinə istinadən verdiyi məlumata görə qərarı ictimaiyyətə daxili işlər naziri Rəşid ibni Abdullah açıqlayıb.

Verilən xəbərə görə sərbəst buraxılanlar içərisində Xalq Hərəkatının rəhbəri Həsən Məşima və Bəhreyndəki Əhli-beyt (ə) icmasının rəhbəri Muhamməd əl Muğdad da var.

Xatırladaq ki, bu ilin fevral ayında 1500dən çox bəhreynli həbsdəki məhbusların sərbəst buraxılması üçün etiraz aksiyası keçirmişdilər. Onlar bunu insan haqlarının pozuntusu kimi qələmə vermişdilər. ("Dəyərlər" AİN)

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!