"Xamenei regiondakı maraqları üçün Fələstin məsələsindən istifadə eliyir"
Fələstinin "Fəth" təşkilatı İranın ali dini lideri Ayətullah Xameneinin İsrail-Fələsin danışıqlarını tənqid eliyən açıqlamalarına cavab verib. "İsrahaber"in məlumatına görə Fəth hərəkatından verilən rəsmi açıqlamada bildirilir ki, Ayətullah Xameneinin cümə günü bayram xütbəsindəki çıxışın Fələstinin daxili işinə qarışmaqdır.
"Fəth" bildirib ki, "Qardaş İran xalqını təzyiq altında saxlayan və ərəb torpaqlarını işğal edən Xamenei və Əhmədinejad rejimi öz maraqları naminə Fələstin xalqı arasındakı ixtilafları dərinləşdirir və bölgədəki ərəb xalqlarını daxili münaqişəyə sürükləyir".
Bəyanatın davamında qeyd olunur: "Fəth təşkilatı Xamenei və Əhmədinejad rejiminin qərblə münasibətlərində Fələstin məsələsini və Fələstin xalqının dərdini "kart" kimi istifadə etməsinə qarşı çıxır. İran rejiminin Fələstin qəbul etdiyi müstəqil qərara müdaxiləsi qəbuledilməzdir".