49 milyondan artıq seçici 151 mindən çox seçki məntəqəsində Konstitusiya dəyişiklərinə səs verəcək
ANS-in xəbərinə görə, bu gün Türkiyədə Konstitusiyanın bəzi maddələrinə dəyişiklərlə bağlı referendum keçiriləcək. 49 milyon 446 min 369 seçici 151 min 546 məntəqədə səs verəcək.
Səsvermə günü saat 06.00-dan saat 24.00-dək alkoqollu içkilərin satılması, ümumi məhəllələrdə hər cür alkoqollu içkilərin verilməsi və içilməmi qadağandır. Gün ərzində bütün ümumi əyləncə yerləri qapalı olacaq, kafelərdə yalnız yemək veriləcək. Saat 06.00-dan 24.00-cək ictimai asayişi qoruyan vəzifəlilər istisna olmaqda heç kim kənd, qəsəbə və şəhərlərdə partlayıcı maddəç, kəsicideşici alət və odlu silah gəzdirə bilməz.
Saat 18.00-dək kütləvi informaksiya vasitələrinə ümumxalq səsverməsi və onun nəticələri barədə xəbər, ehtimal və şərh yaymaq qadağan edilib. Saat 18.00-dan 21.00-dək ancaq Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu) tərəfindən verilən xəbər və elanlar yayımlana bilər. Saat 21.00-dan etibarən isə KİV referendumla bağlı xəbərlərin, şərhlərin verilməsində sərbəstdir.
Qeyd edək ki, referendum yolu ilə edilməsi nəzərdə tutulan Konstitusiya dəyşiklikləri Türkiyədə ordunun səlahiyyətlərini məhdudlaşdırılmasını nəzərdə tutur. Hakim Ədalət və İnkişaf Partiyası referendumda Konstitusiyaya 26 dəyişiklik təklif edir. Müxalifət bu dəyişikliklər içərisində 16 maddə ilə razılaşır. Əsas narazılıq təklif olunan üç maddə ilə bağlıdır. Bunlardan biri Hakimlik və Prokurorluq Ali Şurasının tərkibinin dəyişdirilməsinə aiddir. Ədliyyə Nazirliyi ilə paralel iş aparan bu qurum ölkədəki hakim və prokurorları təyin edir və məhkəmələrin işinə nəzarət edir. Yeni təklifə əsasən Şuranın üzvlərinin sayı yeddidən 11-ə qədər artırılır və hamının səsvermə hüququ olur. Onlardan dördü isə prezident tərəfindən təyin olunacaq. Mütəxəssislər tam müstəqil olan qurumun hökumətlə hesablaşmadığından Ərdoğan hakimiyyətinin belə bir dəyişikliyə əl atdığını düşünürlər. Bununla da məhkəmə qərarlarına nəzarət ələ alınacaq.