Politoloq Dağlıq Qarabağın nə vaxtsa müstəqil olacağı ilə bağlı fikirlərin daxilə hesablandığını etiraf edib
Mətbuat konfransı keçirən Qafqaz İnstitutunun müdiri Aleksandr İsgəndəryan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində sürətli həllin gözlənilmədiyini deyib. O, həmçinin: "Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması münaqişənin həllinə təsir qoymaz, amma İrəvanın xarici siyasətində çox şeyi dəyişdirər" deyib.
Erməni politoloq həmçinin deyib ki, "Dağlıq Qarabağın müstəqilliyini bölgədən uzaqda yerləşən bir neçə kiçik dövlət tanıya bilər. Amma bu əhəmiyyətsizdi. Çünki Avropa Birliyi, həmçinin Rusiya və ABŞ-ın Qarabağın müstəqilliyini tanıması mümkün deyil. Bu istiqamətdə səslənən fikirlər isə daxilə hesablanıb".