Bu barədə dünya mətbuatı məlumat yayıb.
İslam-Azeri.az internet qəzetinin AFP-yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Florida ştatında şeytanpərəst olması ehtimal edilən rahib Terri Cons 11 sentyabrda Qurani Kərimi yandırmaqdan imtina etdiyini açıqlamışdı.
Qeyd edək ki, dünya müsəlmanları bu şeytan "bəndə"sinin Qurani Kərimi yandırmaq barədə açıqlamalarına etirazlara start verməklə cavab vermişdi.
Taliban kimi qruplaşmalar isə, harda ABŞ-lı tutacaqları halda oradaca qətlə yetirəcəyini və bir çox terrorlar törədəcəyini bildirmişdi.
İran İslam Respublikası ABŞ rəhbərliyini bu bəşəri cinayətə görə ittiham etmiş, Terri Consun arxasında İsrailin durduğunu elan etmişdi.