Ramazan ayının bitməsi münasibətiylə "Taliban" terror təşkilatının lideri Molla Ömər xüsusi videomüraciətlə çıxış edib.
İslam-Azeri.az İnternert qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, o, Əfqanıstanda zəfərin olduqca yaxın olduğunu vurğulayıb.
ABŞ prezidenti Barak Obamaya müraciət edən terror təşkilatının rəhbəri Amerika ordusunun heç bir şərt irəli sürülmədən Əfqanıstandan çıxarılmasını tələb edib.
Sonda isə Molla Ömər bir daha vəd verib: "Bu cihad artıq sona yaxınlaşmaqdadır. Sizi əmin edirəm ki, bütün çətinliklər və məhrumiyyətlə geridə qalacaq. Allahın izniylə yaxınlarda düşmən bu torpaqlardan qovulacaq".