Dünyada » İslam dünyasının böyük əksəriyyəti Fitr bayramını cümə günü qeyd edəcək

Bu vaxta qədər heç bir müctehid Şəvval ayının sabit olması və Fitr bayramı münasibətilə fətva verməyib. Əvvəldən açıqlandığı kimi ayın bu gecə görünməsi və sabah (cümə günü) bayram olması böyük ehtimaldır.

 

"ABNA"nın məlumatına görə Müsəlman ölkələrinin bir çoxu cümə gününü bayram günü elan edib. Belə ki, Misir, Livan, Yəmən, Kuveyt, Tacikistan, BƏƏ, Səudiyyə Ərəbistanı, İran, İraq, Əlcəzair, Sudan, Suriya, Tunis, İndoneziya, Malayziya, Qətər, Bəhreyn və s.

Braziliya, ABŞ, İtaliya və Kanadadakı müsəlmanlar da bayramı senytabrın 10-nu bayram edəcəklərini bildiriblər.

Müsəlman ölkələrindən (bizdə olan məlumata görə) yalnız Azərbaycan, Türkiyə və Liviya sentyabrın 9-nu bayram elan edib.

Pakistan isə şənbə günü bayram edəcək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!