İslam aləminin böyük ailimlərindən və mərcei təqlid müctehidi Ayətullah Saafi Qolpayqani ABŞ-da 11 sentyabrda Qurani Kərimin yandırılması istəklərinə sərt münasibət bildirib.
İslam-Azeri.az internet qəzetinin Azeri.İrib.İr saytına istinadən verdiyi xəbərə görə, Ayətullah Saafi Qolpayqani ABŞ kilsələrinin birində Quranı yandırmaq istəyənləri bu cür ədavət yaradan addımlardan uzaq olmağa çağırıb. Böyük alimin bəyanatında həmçinin məsələnin gerçəkləşdiyi təqdirdə Ali insani prinsiplər və peyğəmbərlərin amalına ədavət və düşmənçiliyin dərinliyi nümayiş etdiriləcəyi də işarə edilir.
Qurani Kərimin bütün Peyğəmbərləri əziz tutmasına da işarə edən Ayətullah Saafi Qolpayqani Qurana qarşı hörmətsizliyin bütün Payğəmbərlərə, o cümlədən məsihi və yəhudilərin də Peyğəmbər saydığı kəslərə hörmətsizlik və təhqir olmasını da önə çəkib.
Qeyd edək ki, ABŞ kilsələrindən biri 11 sentyabr terroruna cavab olaraq Qurani Kərimi yandıracaqlarını açıqlamışlar.
İslam-Azeri.az