Bu barədə İranın BAEA-dakı nümayəndəsi Əli Əsgər Sultaniyə İRNA agentliyinə eksklüziv müsahibəsində bildirib.
"Trend"in xəbərinə görə Sultaniyə əlavə edib ki, əlbəttə, hazırkı məruzə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bəzi hissələrinin sözbəsöz təkrar edilməsi üzündən agentliyə inamı sual altında qoyur.
"Bu sənədin bəzi hissələri BAEA-nın ölkəmizdə həyata keçirdiyi çoxsaylı yoxlamalara istinad edir ki, orada iki vacib məqam qeyd olunur: İran elmi, texnoloji fəaliyyət və uranın zənginləşdirilməsi sahəsində tamamilə uğurludur və bütün bu növ işlər agentliyin nəzarəti altında həyata keçirilir", - o deyib.
Sultaniyə deyib ki, "Məruzədə İran tərəfdən əməkdaşlığın olmaması barədə ölkənin ünvanına yer alan mənfi ifadələr BMT-nin "Nüvə silahının yayılmaması haqqında" müqavilənin çərçivələrindən kənara çıxan qanunsuz tələbləri ilə bağlıdır".
O qeyd edib ki, "Bloklara Qoşulmamaq Hərəkatının işçi qrupu gələn həftə BAEA-da oxunacaq iranyönlü kommünikenin hazırlanmasına başlayıb".