Əfqanıstan paytaxtında yüzlərlə insan küçələrə çıxaraq, ABŞ-da kilsələrin birinin sentyabrın 11-də Quranın nüsxələrini yandırmaq planına etiraz edib.
Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Florida ştatının Qeynesvil şəhərinin kilsəsi ABŞ-a qarşı terror hücumlarının doqquzuncu ildönümünü Quranın bütün nüsxələrini yandırmaqla qeyd edəcəyini bildirib. Kabildə məscidin qarşısında keçirilən nümayişdə etirazçılar “Amerikaya ölüm” şüarları səsləndiriblər. ABŞ-ın Kabildəki səfirliyi açıqladığı bəyanatda bildirib ki, Birləşmiş Ştatlar hökuməti islam dininə qarşı belə bir hörmətsizliklə heç cür barışa bilməz və dini və etnik qrupların üzvlərinin təhqir edilməsinə yönəlmiş addımlardan narahatdır.