Tərəf bununla bağlı uzunmüddətli anlaşma imzalayıb
Rusiya və İsrail uzunmüddətli hərbi əməkdaşlıq barədə anlaşma imzalayıb. ANS-in xəbərinə görə, Rusiya müdafiə naziri Anatoli Serdyukov bildirib ki, ölkəsi silahlı qüvvələrin təkmilləşmə prosesində İsrail təcrübəsindən yararlanmaq istəyir.
Qeyd edək ki, bu ilin əvvəlindən Rusiya İsraildən 12 pilotsuz təyyarə alıb və hazırda rusiyalı mütəxəssislər İsraildə təyyarələrin istifadə mexanizmini öyrənir.
Xatırladaq ki, bu sazişdən öncə Rusiyanın İrana zenit-raket kompleksini tədarük etməsi ilə bağlı İsrail və Rusiya münasibətlərində gərginlik yaranmışdı.