Yaxın şərq » Liberman İsrail-Fələstin danışıqlarına fatihə verdi

İsrail xarici işlər naziri Aviqdor Liberman İsrail Evimiz Partiyasının konqresində çıxış edib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Aviqdor Liberman çıxışında İsrail və Fələstin rəhbərliyi arasında başlayan danışıqlara toxunub və sülhün mümkün olmayacağını dilə gətirib. İsrail xarici işlər naziri bildirib ki, hətta güzəştlərə gedilsə və sərhədin müəyyənləşməsi barədə müqavilə bağlansa da, müharibəni sona çatdıracaq və fələstinlilərin İsraili yəhudi dövləti kimi tanımasını təmin edəcək həll variantı əldə olunmayacaq: “Qarşıdakı illəri bir yana qoyun, bizdən sonrakı nəsil də sülhü görməyəcək. Bu, mümkünsüzdür”.


Aviqdor Liberman onu da əlavə edib ki, Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas savaş istəmir və İsraillə savaşa bilməyəcəyini qəbul edib.


Ötən həftənin cümə axşamı Mahmud Abbasla Vaşinqtonda danışıqlar aparmış İsrail baş naziri Benyamin Netenyahu isə hələ xarici işlər nazirinin sözlərinə reaksiya verməyib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!