Dünyada » Türkiyə ali məktəblərində hicaba izn verildi

YÖK sədri Yusuf Ziya Özcan “İstanbul” universitetinə göndərdiyi təlimatda hicablı qızların dərslərdən çıxarılmamasını tələb edib.

Türkiyə Ali Təhsil Şurası (YÖK-Yüksek Öğretim Kurumu) ali təhsil müəssisələrində hicab geyilməsinə izn verib. ANS PRESS Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu izn birbaşa yox, bilavasitədir. Belə ki, YÖK sədri Yusuf Ziya Özcan “İstanbul” universitetinə göndərdiyi və bütün ali təhsil məktəblərinə şamil olunan təlimatda hicablı qızların dərslərdən çıxarılmamasını tələb edib.

Ozcan, qaydalara qarşı intizamsız rəftar edən tələbələr barəsində icra edilən dərsdən çıxarmaq cəzasının doğru olmadığını bildirib. “Atılacaq ilk addım tələbənin intizamsızlığı barədə akt hazırlamaq, mümkündürsə intizamsızlığı sübuta yetirən sənədi də bu akta əlavə etmək və bu sənədləri dekanlığa və ya əlaqədar rəhbərliyə çatdırmaqdır”.

Bəzi YÖK üzvləri isə bu təlimatı Ali təhsil müəssisələrində üstüörtülü şəkildə hicaba verilən viza kimi qəbul edir.

Xatırladaq ki, professor Yusuf Ziya Özcan 2008-ci ilin fevral ayında universitet rektorlarına göndərdiyi təlimatda hicablı qızların dərslərə girməsinin mümkün olduğunu bildirmiş, Dövlət şurası (Danıştay) YÖK sədrinin belə bir səlahiyyəti olmadığını bildirərək eyni ilin mart ayında bu qərarı ləğv etmişdi.

 /ans/

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!