Dünyada » Türkiyə ilahiyyatçısı: "Peyğəmbər (s) təravih namazı qılmayıb!"

Türk ilahiyyatçısı Professor Dr. Bayandır verdiyi müsahibədə İslam peyğəmbərinin heç vaxt təravih namazı qılmadığını və bunun xəlifə Ömərdən sonra dinə gətirildiyini etiraf etdi

İstanbul universitetinin İlahiyyat fakutləsinin müəllimi işləyən Doktor Əbdüləziz Bayandır "Habertürk" telekanalında dəvət edildiyi verilişdə şok açıqlamalar verdi. Ona ünvanlanan sualları ilahiyyatçı belə cavabladı:

-Mail suallarından birində təravih namazının şirk olub-olmaması soruşulur.

-Əstağfrullah. Namaz necə şirk ola bilər?!

-"Təravih namazı varmı" deyə sual verilir.

-Təravih namazı Həzrət Ömərdən sonra qılınıb. Peyğəmbərimiz heç vaxt təravih namazı qılmayıb.

-Peyğəmbərimiz evində qılmazdımı?

-Peyğəmbər il boyu 11 rəkətə təcəhhüd namazı qılardı. Amma Ramazan ayında başqa xüsusi bir namaz qılmazdı

-Tamaşaçılardan biri sizin təravih namazı qılıb-qılmadığınızı soruşur.

-Mən təravih namazı qılmıram, çünki Peyğəmbərimiz də qılmayıb. Mən təcəhhüd namazı qılıram. Peyğəmbərimiz nə edibsə, onu edirəm.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!