Dünyada » Səudiyyəli şahzadə: "Nəsrullahı öldürün!"

Livanın "Milli Azadlıq" adlı hərəkatı Səudiyyə Ərəbistanının Milli Təhlükəsizlik Üzrə sözcüsünün Livan "Hizbullah" hərəkatının liderinin öldürülməsi üçün Livanın baş nazirilə danışıqlar etdiyini açıqlayıb.

İslam-Azeri.az internet qəzetinin Livan mətbuatına istinadən verdiyi xəbərə görə, lideri Mişel Aun olan "Milli Azadlıq" hərəkatının yaydığı hesabatda deyilir ki, Səudiyyə Ərəbistanının Milli Təhlükəsizlik Üzrə sözcüsü və şahzadə sayılan Bandar Bin Sultan Livanın baş naziri Səəd Həriri ilə görüşü zamanı "Hizbullah" hərəkatının lideri Seyyid Həsən Nəsrullahın tez bir zamanda öldürülməsinin zəruriliyindən söhbət açıb. Görüş zamanı həmçinin məlum olub ki, bu istək Səudiyyə Kralı Abdullahındır.


Yayılan məlumatda deyilir ki, ABŞ-ın sabiq səfiri şahzadə Bandar "Hizbullah"ın Səudiyyənin maraqlarına zidd addımlar atdığını və bölgədə krallığın nüfuzunun düşməsinə səy etdiyini bildirib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!