Klinton İsrailə olan beyətinlərini təzələyərək, "Rəsmi Vaşinqton İsrailin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni edəcək" -deyib.
İslam-Azeri.az İnternet Qəzetinin Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, Orta Şərq Sülh Danışıqları üçün ABŞ-da səfərdə olan İsrailin baş naziri Binyamin Netanyahu, dövlət katibi Hillari Klintonla bir araya gəlib.
Sionist Netanyahu, Amerikada keçirdiyi mətbuat konfransında, İordan çayının Qərb Sahilində dörd israillinin öldürülməsinə işarə edərək deyib ki , günahkarlar və onları dəstəkləyənlər ən qısa müddət ərzində tapılaraq, sərt şəkildə cəzalandırılacaq.
ABŞ dövlət katibi Hillari Klinton mətbuat konfransında Netanyahunun çıxışından sonra deyib ki, rəsmi Vaşinqton İsrailin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni edəcək.