Orta şərq » Ayətullah Xamenei İlham Əliyevlə görüşüb
İslam-Azerinin FHA-ya istinadlı xəbərinə görə, İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei, dünən Azərbaycan Respublika prezidenti İlham Əliyevlə görüşündə, Tehran-Bakı arasındakı yaxşı əlaqələrə toxunaraq, "Bu əlaqələr daha da yaxın, daha da səmimi və daha da ciddi ola bilər" deyib.
İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei dünən günortadan sonra, Azərbaycan Respublika prezidenti İlham Əliyevlə görüşü əsnasında, etdiyi çıxışda, Amerikalılar və Sionist İsraillilərin İran ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin inkişaf etdirilməsindən narahat olduqları və buna görə qarşı çıxışlar və qıcıqlandırmalarla iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsini maneə törətməyə çalışdıqlarını xatırladaraq, "Bu cür təxribat cəhdlərinə qarşı qəti və ciddi tədbir görmək və İran-Azərbaycan arasındakı imkanlara arxalanaraq, aradakı qardaşca əlaqələri daha da inkişaf etdirmək gərəkdir" deyə vurğulayıb.

İran prezidenti Əhmədinejadın da olduğu görüşdə Azərbaycan Respublika prezidenti İlham Əliyev də, İranlı rəsmilərlə görüşlərinin yaxşı və müvəffəqiyyətli olduğunu bildirib, "İki ölkə arasındakı yaxşı əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün, əlimizdən gələni etməliyik" deyib.

Əliyev daha sonra, hər iki ölkəyə də yönəldilən təhdidlər mövzusuna toxunaraq, "Kimiləri, bu iki ölkə arasındakı yaxşı əlaqələri mənfi istiqamətdə təsir etməyə çalışır. Lakin biz heç bir əcnəbi ölkəyə Azərbaycan-İran arasındakı dostyana əlaqələrə müdaxilə etməsinə icazə vermərik" deyə əlavə edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!