Birləşmiş Ştatların ərazisində yaşayan müsəlmanların əksəriyyəti prezident Barak Obamanın fəaliyyətindən razıdır. Sosioloji sorğunun nəticələri bunu göstərir.
ABŞ prezidentini rəyi soruşulan müsəlmanların 78%-i, yəhudi icmalarının 61%-i, katoliklərin 50%-i, protestant və digər xristian icmalarının 43%-i dəstəkləyirlər.
2009-cu ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin yanvar-iyulunda Obamanın prezident kimi fəaliyyətini dəstəkləyənlərin ümumi sayı 63%-dən 48%-dək enib.
"APA"nın məlumatına görə prezident fəaliyyətini ən az mormon dini sektasının üzvləri bəyənirlər – sözügedən dövr ərzində onların göstəriciləri 43%-dən 24%-dək düşüb. Katoliklərdə Obama 17% itirib, digər xristianlarda prezidentin populyarlığı 15%, yəhudilərdə 16%, müsəlmanlarda isə 8% enib.
Ateistlər və aqnostiklərin 63%-i Obamanın fəaliyyətindən razıdır. Ötən il bu rəqəm 75%-ə bərabər idi.