Əfqanıstanda işğalçılığını davam etdirən NATO hərbiçiləri 6 uşağın həyatına son qoyub.
İslam-Azeri.az İnternet Qəzetinin AA-ya istinadən verdiyi xəbərə görə, Əfqanıstanda "terrorçu" axtaran NATO hərbiçiləri havadan hücum edərək 6 uşağı qətlə yetirib.
NATO-ya məxsus hərbi hissələrdən birinə "Taliban"-ın hücum etməsiindən sonra NATO hərbiçiləri mülkü vətəndaşların yaşadığı bölgəyə havadan hücum edib.
Hava hücumu nəticəsində ölən uşaqların 6-12 yaş arasında olduğu təyin edilib.
NATO tərəfi açıqlama verməyib.