Yaxın şərq » İslam alimlərinin “1001 kəşfi” indi də Türkiyədə
İstanbul, Türkiyə

Baş nazir R. T. Ərdoğanın mart ayında Londona səfəri zamanı gördüyü və Türkiyəyə gətirilməsini xahiş etdiyi “1001 kəşfi: Elm və Texnalogiyanın 1001 illik macərası”adlı sərgi Sultan Əhməd Meydanında açılıb.

"Azerimuslims"in "Dunyabulteni"nə istinadlı xəbərinə görə sərgidə İslam mədəniyyətinin dünyanın elm və texnalogiya sahəsinə verdiyi töhvələr nümayiş etdirilir. Sərginin ən mühüm xüsusiyyəti isə interaktiv olmasıdır. Sərdigə göstərilən əsərlər bu günkü  texnalogiyanın imkanlarından istifadə edilərək, maraqla izlənə bilinir.  Londonda açıldığı zaman bu sərgini  400 min nəfər ziyarət etmişdir. 1206-cı ildə Türk alimi İsmail əl-Cəzəri tərəfindən yaradılan 6 metr hündürlüyündəki “Fil saatı” maketi, dövrümüzün optika elminə töhvə verən və “qaranlıq otaq” adlandırılan İbn Heysəmin XI əsrə aid olan kəşfi, çinli müsəlman Zheng He tərəfindən inşa edilən yelkənli gəmi, enerji ilə işləyən Bağdad evi, Əl-İdrisiyə aid 3 metr uzunluğundakı dünya xəritəsi və çox sayda tibb alətləri və.s sərgidə nümayiş etdirilir.
Qeyd edək ki, sərgi Elm, Texnalogiya və Mədəniyyət Vəqfi tərəfindən təşkil edilib. Vəqfin sədri Salim əl-Həssəni bu kimi sərgilərin gələcək nəsillərin öz keçmişlərini daha dərindən öyrənməyə kömək edəcəyini deyib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!