Pentaqon: "Bütün hərbi sirlərimiz oğurlandı"
FaktXeber.com-un verdiyi məlumata görə, "Vaşinqton Post" qəzetinin internet saytında yer alan xəbərdə, ABŞ ordusu sistemlərinə 2008-ci ildə Orta Şərqdəki bir bazadakı kompüterə qoşulan kənar HDD (kompüterin yaddaş qurğusu - red.) ilə hücum təşkil edildiyi və gizli sənədlərin xarici kəşfiyyat təşkilatlarının əlinə keçdiyi barədə rəsmi şəxslər tərəfindən söylənilən açıqlamaya yer verilib.
"Foreign Affairs" jurnalında dünən dərc olunan və Pentaqonun virtual strategiyasını müzakirə edən bir məqalədə, ABŞ müdafiə nazirinin köməkçisi William J.Lynn, xarici kəşfiyyat agentliyi tərəfindən daşına bilən yaddaşa yüklənən viruslu proqramın ABŞ ordusunun Orta Şərqdəki Mərkəzi Komandanlığına bağlı setə yükləndiyini bildirib.
Lynn məqalədə, "Bu virus proqramı hiss edilmədən həm gizli, həm də gizli olmayan sənədlərin yerləşdiyi sistemlərə yoluxub. Beləcə, ABŞ ordusunun məlumatlarının xaricilərin əlinə keçməsini təmin edən virtual bir körpü meydana gəlib" - deyə vurğulanır.
Lynn, "Bu bir şəbəkə idarəçisinin ən böyük qorxusudur: səssizcə işləyən və əməliyyat planlarının kim olduğu bilinməyən düşmənlərin əllərinə ötürən pis bir proqramdır" - deyə söyləyib.
Mütəxəssislər, nazir köməkçisinin müdafiə səlahiyyətlilərinin bu günə qədər gizli saxladığı bu hadisəni ortaya çıxarma qərarının, Pentaqonun ABŞın kompüter sistemlərinin qarşı-qarşıya olduğu təhdidlər mövzusunda Konqresin və ictimaiyyətin diqqətini çəkməyi məqsəd güddüyünə işarə ediblər.
Lynnin "Foreign Affairs" jurnalında yazdıqlarının bəziləri əvvəllər də deyilmişdi: Pentaqonun 15 min şəbəkəsi və 7 milyon kompüteri hər gün minlərlə hücuma məruz qalır; baş verən virtual müharibə qeyri-bərabər olduğu üçün Soyuq Müharibədə etibarlı olan qarşılıqlı qorxutma modelləri burada tətbiq oluna bilmir, çünki təcavüzkarın kim olduğu müəyyən deyil.
Ancaq Lynnin yazdıqlarında Müdafiə Nazirliyinin virtual strategiyasıyla əlaqədar yeni detallar da var. Bunlar arasında sistemə icazəsiz daxil olanların şəxsiyyətinin təyin olunmasına icazə verəcək yolların hazırlanması da var. Bu sistem, "aktiv müdafiə" strategiyasının bir parçasıdır.