Azərbaycan və MDB » Azərbaycanda internetin qiyməti ucuzlaşacaq

Azərbaycanın əsas internet təchizatçısı “Delta Telecom” şirkəti sentyabr ayının 1-dən respublikanın ikinci provayderləri üçün qiymətlərin endiriləcəyini elan edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumi kanal tutumu 100Mb/s-dən çox olan provayder şirkətlər sentyabrın 1-dən əlavə aldıqları hər 1 Mb/s üçün aylıq 50 manat ödəyəcək.


Qiymətlərin endirilməsinin əsas məqsədi əhalinin internet xidmətlərindən daha çox istifadə etməsi, son müştərilərə göstərilən internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!