Yaxın şərq » "Hizbullah" lideri: "Livan AES inşa etsə…"

"Hizbullah" lideri Seyyid Həsən Nəsrullah Livan hökumətinə Atom Elektrik Stansiyasının inşası ətrafında ciddi düşünmək təklifi irəli sürüb.

 

İslam-Azeri.az İnternet qəzetinin "Əl-Manar"a istinadən verdiyi xəbərə görə, Seyyid Həsən Nəsrullah çıxışı zamanı İranı nümunə gətirib. O bildirib ki, İslam Respublikasında bu günlərdə işə salının Buşer AES-i ölkənin elektrik enerjisinə olan tələbatının böyük hissəsini qarşılayacaq.

"Hizbullah" lideri daha sonra deyib: "Mən Livan hökumətini bu məsələ ətrafında ciddi düşünməyə çağırıram. Bu çox gözəl olardı. Nəzərə almaq lazımdır ki, Buşerdəki AES-ə sərf edilən xərclər Livanın dövlət islahatlarına ayrılan maaliyyədən xeyli aşağıdır".

Seyyid Həsən Nəsrullah bildirib ki, atom reaktoru işə düşdükdən sonra, Livan istehsal edilən enerjini qonşu ölkələrə - Suriya, İordaniya və Türkiyəyə də ixrac edə bilər.

Qeyd edək ki, "Hizbullah" liderinin irəli sürdüyü təklif çox aktualdır. Belə ki, Livanda edektrik enerjisi qıtlığı hiss olunur. Hətta paytaxt Beyrutda da bəzən elektrik enerjisi təchizatında fasilələr müşahidə edilir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!