Yaxın şərq » Şeyx Kazim Amiri azadlığa buraxıldı

20 gün əvvəl Səudiyyə polisi tərəfindən saxlanılan Ayətullah Şeyx Məhəmməd Əli Amirinin oğlu Şeyx Kazim Amiri azadlığa buraxılmışdır.

Onun həbsi bir çox dini və siyasi dairələrdə söz-söhbətə səbəb olmuşdur. Dünyanın bir çox ölkələrindən Səudiyyə Ərəbistanı dövlətinə etirazlar göndərilmişdi. O cümlədən məraceyi-təqlid Ayətullah Məkarim Şirazi Səudiyyə dövlətinə - biz sünnülərlə necə davranırıq amma siz şiələrlə necə davranırsız - mesajını göndərmişdi.

Şeyx Kazim Amirilə bahəm keçən günlərdə daha iki şiə fəalı daha Səud zindanlarından azadlığa buraxılmışdır.

ahlibeyt.az

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!