İrana qarşı sanksiyaların tətbiq olduğu bir zamanda İran əks-hücuma keçib.
İslam-Azeri.az internet qəzetinin "haberturk"ə istinadən verdiyi xəbərə görə, İran höküməti ölkə ərazisində fəaliyyət göstərən İsveç şirkəti olan "Oriflame" şirkətini bağlayıb.
İran tərəfi "Oriflame" -i fırıldaqda ittiham edib.
Şirkət isə bu addımın nəticəsində 40 min iranlı qadının işsiz qalacağını önə çəkib.
Qeyd edək ki, İran höküməti artıq ABŞ və İsrailə yaxın olan şirkətlərin siyahısının hazırlanması üçün müvafiq qurumlara tapşırıq verib.