Dünyada » 550 illik sirr həll edildi
Media-İslam.Com saytının Star qəzetinə istinadən verdiyi xəbərə əsasən İspanyadaki 550 illik Əl Hamra Sarayının divar və tavanında gizli 10 min Ərəbcə şeir tapıldı.


İspaniyanın ən çox turist çəkən məkanlarından biri olan Əl Hamra Sarayı, təxminən 550 ildir divarlarında gizlədiyi sirrini açıq etdi. Daş işləmə sənətinin ən gözəl nümunələrinin iştirak etdiyi sarayın divarlarında həndəsi şəkillər və çiçək naxışlarının olduğu bəzəmələri araşdıran elm adamları, inanılması güc bir sirrlə qarşılaşdı. İspaniyanın Müsəlmanların idarəsində olduğu 14ünçü əsrdə Nasiri Dövlətinin tikdiyi Əl Hamra Sarayının şifrələri ilk dəfə tapılmış və bir çoxu da həll edilmiş oldu.

Bəzəmələrin dijital fotoşəkillərini lazer skanerlərlə araşdıran mütəxəssislər, bu işlərin içinə ustalıqla gizlənmiş bir çox şeir sətirilə qarşılaşdı.

Onlardan bəziləri: "Az söz söyləyin, beləcə dinc olarsınız", "Qədəriniz üçün sevinin, çünki Allah sizə kömək edər."

İspan araşdırmaçı Juan Castilla, "Bəzəmələrdə Qurandan yalnız bir neçə surə olduğunu bilirdik. 10 min mənalı söz daha kəşf etdik" dedi. İncəliklə aparılan işin 2 il daha davam edəcəyi ifadə edilir.


WWW.MEDIA-ISLAM.COM İslam və İnformasiya saytı



Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!