Qəzza mühasirəsini qırmağı və bölgə xalqına humanitar kömək çatdırmağı hədəfləyən Livan bayrağını daşıyan "Məryəm" gəmisi bu Bazar Qəzzaya doğru yola çıxır.
"313news"-un "FarsNews"-a istinadlı xəbərinə görə, tamamilə humanitar kömək daşıyan "Məryəm" gəmisi koordinatoru Semer əl-Həcc, Trablus limanında keçirdiyi mətbuat konfransında, müxtəlif millətlərdən 75 qadının "Məryəm" gəmisində iştirak edəcəklərini qeyd etdi.
əl-Həcc, Məryəm gəmisi ilkin Kiprə doğru yelkən alacağını, ancaq Kipr səlahiyyətlilərinin, gəminin Qəzzaya doğru yola çıxması üçün icazə verib verməyəcəklərinin hələlik bilinmədiyini ifadə etdi.
əl-Həcc həmçinin qadınların arasında həkim, vəkil, jurnalist, xristian və müsəlman qadınlar və bir qrup amerikalı qadın rahibələrin iştirak etdiyini ifadə etdi.