Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana ikigünlük rəsmi səfəri avqustun 17-də başa çatıb.
APA-nın AzərTac agentliyinə verdiyi xəbərə görə, Zaqatala beynəlxalq hava limanında ali qonağı respublikamızın şimal-qərb bölgəsinə səfərdə müşayiət edən Baş nazirin müavini Abid Şərifov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.