Bosniya və Herseqovinanın Bosanski Brod şəhərində məscidə hücum edilib
İslam-Azeri.az İnternet Qəzetinin "Kanal 3"-ə istinadən verdiyi xəbərə görə, Bosniya Hersekin şimalında olan və Boşnak əhalinin çox az olduğu Bosanski Brod şəhərində, dünən təravih namazından əvvəl kimliyi bilinməyən şəxslər tərəfindən məscidin şüşələri sındırılıb.
Bosanski Brod Başdaki məscidinin axundu Adnan Yusiç, hücum əsnasında Hüseyniyyədə heç kimin olmadığını bildirib.
Axund, "Bu hücum Ramazanda məscidimizə edilən üçüncü hücumdur. Hücumun ardından polislər hadisə yerinə gəliblər. Lakin hadisənin kimlər tərəfindən törədildiyi aşkar olunmayıb" -deyib.