Dünyada » İşğalçı dövlət rəsmən Rusiyanın forpostu olur
Medvedev-Sarkisyan

Rusiyanın Ermənistan ərazisində olan hərbi bazası ilə bağlı iki ölkə arasında 1995-ci ildə imzalanmış müqaviləyə dəyişiklikləri nəzərdə tutan protokol Rusiya prezidenti Dmitri Medvedyevin İrəvana səfəri zamanı imzalanacaq.

APA-nın məlumatına görə, bu barədə “Azadlıq” radiosunun rus redaksiyasına diplomatik mənbələrdən bildirilib.

Dəyişikliklərə əsasən, Rusiya hərbi bazalarının Ermənistan ərazisində qalma müddəti 1995-ci ildən hesablanmaqla əvvəldən nəzərdə tutulmuş 25 ildən 49 ilədək uzadılacaq.

Dəyişiklikdə nəzərdə tutulan digər mühüm məqam isə ondan ibarətdir ki, Rusiya hərbi bazası Ermənistan ərazisində olduğu müddətdə Kremlin maraqlarını həyata keçirməklə yanaşı, Ermənistan Silahlı Qüvvələri ilə birlikdə bu ölkənin də təhlükəsizliyini təmin etməyi üzərinə götürəcək.

Bu məqsədlə Rusiya tərəfi Ermənistanın müasir və uyğun hərbi (xüsusi) texnika və silahlarla təchiz edilməsinə də yardım göstərəcək.

Qeyd edək ki, D. Medvedyevin İrəvana səfəri avqustun 19-da baş tutacaq. Avqustun 20-22-də isə Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkə başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!