Azərbaycan və MDB » “Qarabağ münaqişəsi asanlıqla həll olunmayacaq”
Kanat Saudabayev

ATƏT-in fəaliyyətdə olan sədri belə bir bəyanatla çıxış edib

"Cənubi Qafqaz ərazisində mövcud münaqişələrin həlli işində dialoq üçün maksimum səy göstərmək vacibdir”. "ANSPRESS"in məlumatına görə bu bəyanatla yerli KİV nümayəndələrinə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev çıxış edib.

“Biz ATƏT-in həmsədr ölkəsi kimi bütün postsovet məkanında mövcud olan yubadılmış münaqişələrin nizamlanması işində çox səy göstərmişik. Dnestryanı, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın Gürcüstan ilə qarşıdurması - bütün bu münaqişələr asanlıqla həll olunmayacaq, o ki qaldı bir illik sədrlik dövründə”, - deyə Saudabayev bildirib.
.
O həmçinin əmin edib ki, Qazaxıstan bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!