Amerikada çıxan "The Atlantic" jurnal İsrailin hücum planının bütün detallarının hazır olduğunu yazıb
ABŞ-da yayımlanan "The Atlantic" dərgisi İsrailin hücum üçün son hazırlıqlarını apardığını və İranı bombalamağa hazırlaşdığını yazıb.
"Azerimuslims"in məlumatına görə dərgi yazı üçün aralarında İsrailin baş naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi də olmaqla, İsrail və ABŞ siyasətinə yön verən 40 nəfərlə müsahibə götürüb.
Müsahiblərin böyük əksəriyyəti İsrailin qarşıdaki bir il ərzində İrana hücum ehtimalının 50-dən çox olduğunu deyib.
Dərgi İsrailin İrana hücum planlarını bütün detallarıyla hazırladığını yazıb. Yazıya görə, hücum ssenarisi belədir: İsrailin hərbi təyyarələri Türkiyənin hava sahəsinə girmədən, böyük ehtimalla, Səudiyyə Ərəbistanı üzərindən İrana gedəcək. Səudiyyə Ərəbistanı isə təyyarələrin keçdiyi əsnada radarlarını qapadacaq. İsrail əməliyyatdan əvvəl məlumat verəcəyi ABŞ iqtidarına "Nüvə silahına sahib olan bir İran yəhudilər üçün Hitlerdən sonra ən ölümcül təhdiddir. Bu əməliyyatla İranın nüvə proqramı 3 və ya 5 il gecikdiriləcək" mesajını çatdıracaq.
Dərginin yazdığına görə, İsrail təyyarələrinin İraqın hava sahəsindən istifadə etməsi ehtimalı da yüksəkdir. Yazıda qeyd edilir ki, Pentaqon bölgədəki ABŞ hərbi qüvvələrinə "İsrail təyyarələri girərsə, vurmayın" təlimatı verib.
Məqalədə həmçinin bildirilir ki, ABŞ-dan məlumat gizləməmək qərarı verən İsrail Obama hökuməti icazə verməyəcəyi təqdirdə planlarını dayandırmaq məcburiyyətində qalacaq.