Dünyada » İKT-nin baş katibi bütün müsəlmanların Ramazan ayını təbrik edib
Ekmeleddin İhsanoğlu

Baş katib çıxışında bütün beynəlxalq qurum və quruluşları Fələstin probleminin həllinə dəstək verməyə çağırıb

"ANSPRESS"in məlumatına görə İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmeleddin İhsanoğlu müqəddəs Ramazan ayının başlaması münasibətilə bütün müsəlmanları təbrik edib. “İslam dünyasının oruc tutmaq və ibadət etmək üçün Ramazan ayını gözlədiyi bu günlərdə yardım etməsi üçün Allaha dua və şükür etməliyik”.

Ramazan ayının mənəvi təmizlik, günahlardan qaçmaq və əmin-amanlıq ayı olduğunu deyən İhsanoğlu İslam dininin insanlara bağışlamayı öyrətdiyini bildirib. “Bu ay vəsiləsilə bütün dünyada, İslam dünyasında və dinlər arasında qalmaqallara son verilməsini arzulayıram”.

Fələstinli müsəlmanların hələ də böyük çətinliklərə məruz qaldığını xatırladan baş katib bütün beynəlxalq qurum və quruluşları bu problemin həllinə dəstək verməyə çağırıb. Ekmeleddin İhsanoğlu problemin həlli kimi Fələstin dövlətinin yaradılması və paytaxtının da Qüds olmasını vacib sayır.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!