Yaxın şərq » İsrailin müdafiə naziri “Azadlıq donanması”nın gəmilərinə qarşı keçirilən hərbi əməliyyatın məsuliyyətini öz üzərinə götürüb
Ehud Barak

İsrailin müdafiə naziri Exud Barak Qəzzaya yardım aparan “Azadlıq donanması”nın gəmilərinə qarşı keçirilən hərbi əməliyyatın məsuliyyətini öz üzərinə götürüb.

APA-nın “Haaretz” qəzetinə istinadən yaydığı xəbərə görə, insidenti araşdıran daxili təhqiqat komissiyasına ifadə verən E. Barak bununla yanaşı onu da bildirib ki, qərar kollegial şəkildə qəbul olunub və həmin toplantıda baş nazir Benyamin Netanyahu və 6 nazir də iştirak edib. Toplantıda qərara alınıb ki, vəziyyət nəzarətdən çıxarsa təcili tədbirlər görülməlidir. Lakin nazir hərbçilərə verilən konkret əmrlərə görə özünün məsuliyyət daşımalı olduğunu vurğulayıb.

Xatırladaq ki, mayın 31-nə keçən gecə İsrail əsgərləri Qəzzaya humanitar yük aparan “Azadlıq donanması”nın gəmilərinə qarşı əməliyyat keçiriblər. Türkiyəyə məxsus “Mavi mərmərə” gəmisində 9 nəfər öldürülüb, 30 nəfər yaralanıb.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!