
Pakistanda mərkəzi hissəsində yerləşən məscidlərdən birində terror aktı baş verib. Çakval şəhərindəki məscidə atılan bombanın partlaması nəticəsində ilkin məlumatlara görə, 12 nəfər həlak olub. Yerli polis 50-dən çox insanın yaralandığını açıqlayıb. Hadisənin təfərrüatları araşdırılır. /ANS PRESS/