NATO Pakistanda daşqına məruz qalmış ərazilərdə sakinlərə humanitar yardımın daşınmasına köməklik etməyə hazır olduğunu bildirib.
APA-nın svobodanews.ru saytına istinad’n verdiyi xəbərə görə, Pakistanın baş naziri Yusif Raza Gilani beynəlxalq ictimaiyyəti 15 milyon pakistanlının zərər çəkmiş təbii fəlakətin fəsadlarını aradan qaldırmağa köməklik göstərməyə müraciət etmişdi.
BMT-nin yaydığı xəbərə görə, Pakistanda 1600 nəfər daşqınların qurbanı olub, 250 000 - dən çox ev zədələnib və ya tamamilə dağılıb.
Avstraliya Pakistan yardımı iki dəfə artıraraq $ 9 milyon çatdırıb. ABŞ 35 milyon dollar həcmində yardım göstərəcək.