Yaxın şərq » İsrail “Mavi Marmara”nı azad etdi
Sionist rejimin bayrağı

Sionist hakimiyyəti gəmi ilə birgə Türkiyəyə məktub da göndərib

"Anspress"in məlumatına görə Qəzzaya yardım aparan zaman İsrail hərbçiləri tərəfindən hücuma məruz qalan və həbs edilən “Mavi Marmara” gəmisi bu gün saat 10.00-da İsgəndərun limanına çatıb. Bu barədə məlumat verən “CNN TÜRK” yazır ki, “Defne-Y” gəmisi də dünən bu limana gəlib.

Bildirilir ki, may ayında baş verən hadisələrdən sonra dünyada məhşur olan “Mavi Marmara” gəmisi “Ocean Ergün” adlı başqa bir gəminin yedəyində bu gün səhər adı çəkilən limana gətirilib. “Qəzza” gəmisinin də “Söndürən 7” gəmisnin yedəyində gün ərzində İsgəndərun limanına gəlməsi gözlənilir.

"CNN TÜRK" həmçinin yazır ki, gəmilərlə birgə İsrail hakimiyyətinin Türkiyəyə mesajı da var. Belə ki, İsrail Xarici İşlər Nazirliyi Ankaraya məktub göndərib. Məktubda Ankaranın Qəzzaya tətbiq olunan embarqonu pozacaq başqa gəmilər göndərilməsinin qarşısını alacağı barədə ümid ifadə olunur.

Məktubda o da qeyd edilib ki, İsrail Qəzzaya quru yolu ilə, eyni zamanda razılaşmalar və beynəlxalq ictimaiyyətin qəbul etdiyi çərçivədə yardım aparılmasına etiraz etmir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!