Azərbaycan və MDB » Şeyxülislam Allahşükür Paşazadə Qafqaz müsəlmanlarına çağırış edib
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə

A. Paşazadə müsəlmanlardan şiə və sünni məzhəbindən olduqlarını unutmağı xahiş edib.

APA-nın xəbərinə görə, bu gün QMİ-nin Qazılar Şurasının iclasında çıxış edən A. Paşazadə müsəlmanlardan şiə və sünni məzhəbindən olduqlarını unutmağı xahiş edib. Şeyx deyib ki, Ramazan ayı ilə bağlı təqvim hazırlanarkən məzhəblərdən heç birinin istəklərinə üstünlük verilməməsini tapşırıb: “Bu gün bir ölkədə ayrı-ayrı vaxtlarda azan verilməsi düzgün deyil. Biz bu ayrı-seçkiliyi unutmalıyıq. Qarışıqlıq salmaq istəyənlər var, onların fətvasına uymaq olmaz. Bizim tərtib etdiyimiz təqvimdə hər şey nəzərə alınıb, obyektivlik əsas götürülüb. Bu ayrı-seçkiliyin aradan qaldırılmasına nail olmaq üçün Axund və imamlarımızdan çox şey asılıdır. Məhz onlar insanları başa salmalı, birliyə dəvət etməlidirlər”.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!