Bağdadda baş vermiş iki partlayış və basqın nəticəsində üç nəfər həlak olub,15 nəfər xəsarət alıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, İraq paytaxtının şimalında və mərkəzində baş vermiş iki partlayış hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı törədilib.
Eyni zamanda yoldan keçən naməlum silahlılar patrulu atəşə tutub.
Yaralıların əksəriyyəti küçədən keçən təsadüfi adamlar olub