Azərbaycan və MDB » BƏƏ hökuməti vizaların alınması üzrə yeni sistem tətbiq edəcək

Növbəti il ərzində Birləşmiş Ərəb Əmirlikləri hökuməti əcnəbilər üçün vizaların alınması üzrə yeni sadələşdirilmiş sistemin tətbiqini planlaşdırır.

Bu barədə cümə axşamı Dubay Beynəlxalq hava limanının birinci terminalının rəhbəri Valid Əhməd Bakıda mətbuat konfransında bildirib.

Trendin məlumatına görə "Yeni "Mobile visa" sistemi sayəsində əcnəbilər turist operatorlarına müraciət etmədən internet vasitəsilə viza üçün sifariş edə biləcəklər", - Əhməd qeyd edib.

"Dubay hökumətinin rəsmi saytına daxil olmaqla və elektron anketi doldurmaqla Əmirliyə gələn şəxs elektron poçt və ya mobil telefonla vizanın elektron variantını alacaq. Dubay aeroportuna gəldikdən sonra elektron variant immiqrasiya əməkdaşlarına təqdim ediləcək. Onlar da öz növbəsində həmin elektron variantı təsdiq etdikdən sonra vizanın əslini - orjinalını verəcəklər", - Əmirliyin dövlət dulluqçusu izah edib.

Bundan başqa, Əhmədin sözlərinə görə, Dubay Əmirliyin ərazisinə daxil olmaq üçün əsas tələblərdən biri olacaq gözün torlu qişasının skanerləşdirilməsi və vizanın bir idarədə alınması prosedurlarını aparmaq niyyətindədir ki, bu da ölkəyə daxil olmaqla bağlı icazənin verilmə vaxtını qısaldacaq.

Dubayın İmmiqrasiya Xidməti qanuni qüvvəsi olmayan vizaların artmasını nəzərə alaraq, xüsusi elektron ünvan hazırlayıb. "Siz bura daxil olmaqla öz vizanızın legitimliyini və ya müvəqqəti yaşayış üçün icazəni yoxlaya bilərsiniz. Vizaların qanuniliyinin yoxlanılması üzrə xüsusi bölmə "www.amer.ae" saytında yaradılıb", - Dubay aeroportunun nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Dubay dünyanın bütün ölkələrindən, o cümlədən Azərbaycandan gələnlərin sayının artmasında maraqlıdır. Buna görə də vizanın alınması ilə bağlı bütün məsələlər diqqətlə yoxlanılır. "Bəzi şəxslərə vizanın verilməsindən imtina edilməsi isə bəzi turist agentliklərinin Dubayın İmmiqrasiya Xidmətinə təhlükəsizlik məqsədilə diqqətlə yoxladıqları tam məlumatı təqdim etməmələri ilə bağlıdır", - Əhməd izah edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!