"Times" qəzeti, ABŞın İrana qarşı tətbiq edəcəyi raketdən müdafiə sisteminin Türkiyə, ya da Bolqarıstana yerləşdiriləcəyini iddia edib.
"Times" qəzeti ''Raketdən müdafiə sistemi proyektində geri sayma başladı'' başlıqlı bir yazı dərc edib.
Qeyd edək ki, guya Cənub Avropanı İrandan ola biləcək raket hücumundan qorumağın məqsəd güdüldüyü deyilən və Corc Buş dövründə hazırlanan raketdən müdafiə sistemi proyekti, Rusiyanın kəskin etitazından sonra ləğv edilmişdi.
FaktXeber.com-un verdiyi məlumata görə, "Times" qəzeti xəbərində, "Müdafiə Nazirliyi səlahiyyətlilərinin raketdən müdafiə sistemi proyektinin kilid parçası olan radar bazasının Türkiyə, ya da Bolqarıstana yerləşdirilməsi mövzusunda müqaviləyə yaxın olduqlarını" yazıb.
Pentaqon səlahiyyətliləri, "kabus ssenarilərinin" İsrailin İranın nüvə bazalarına istiqamətli bir hücumuna, Tehranın Türkiyədən Körfəz bölgəsinə uzanan sahədəki Amerika bazalarına hücumla cavab verəcəyini düşünürlər.