PKK terrorçularının rəhbərləri serbiya vətənadşı olan 3 snayperçini kirayələyərək Türkiyəyə göndərib.
FaktXeber.com-un verdiyi məlumata görə, kəşfiyyat xidmətləri PKK terror təşkilatının 3 serb vətəndaşı olan snayperçini pulla kirayələyərək Türkiyəyə göndərdiyini aşkar edib. Türkiyəyə daxil olması gözlənilən snayperçilərin həbsi üçün Türkiyə xüsusi xidmət orqanları əməliyyatlara başlayıblar.
Türkiyə Baş Təhlükəsizlik Kəşfiyyat Dairəsindən verilən açıqlamaya görə, son günlər ölkə daxilində gərginliyi artırmağı hədəfləyən terror təşkilatı 1 iyun tarixindən etibarən hərəkətə keçib. Bu açıqlamadan sonra hərbi birliklərə, əsgər ailələrinə, patrul keşiyi çəkən polislərə və qatarlara qarşı aksiyalara başlanılacağını bəyanlayan kəşfiyyat gücləri, indi də PKK-nın "kirayə qatil" tutduğunu müəyyən edib. Bu istiqamətdəki məlumatların yer aldığı "gizli" dərkənarlı məktub, Daxili İşlər Nazirliyinə göndərilib.
"Gizli" məktubdan sonra sərhəd qapılarında da həyəcan elan edilib. Türkiyəyə daxil olan serb vətəndaşların ətraflı şəkildə yoxlamadan keçirildiyi, şübhəli şəxslərin isə Türkiyəyə nə məqsədlə gəldiyi istiqamətində sorğulandığı bildirilir. Sorğulama əsnasında ölkəyə turist olaraq daxil olan serb vətəndaşlarının narahat edilməməsinə də diqqət yetirilir. Xüsusilə İstanbul, Ankara və Antaliyadakı hava limanlarında təhlükəsizlik işləri gücləndirilib.
250 Bosniyalı vurdular
Türkiyə ictimaiyyəti "snayper" sözünü daha çox 1990-cı illərdə eşidib. Avropanın mərkəzində 3 il davam edən müharibədə bosniyalılar, serb snayperlərin güllələriylə can verib. Snayperlər şəhərin ətrafındakı təpələrdə mövqe seçib günahsız bosniyalıları ovlayırdı. Serblərin bu yolla öldürdükləri bosniyalıların sayı 250-dən artıqdır.