
İran Nazirlər Kabinetinin qərarı ilə anomal isti hava şəraiti ilə bağlı bazar və bazar ertəsi günləri ölkə paytaxtı və 19 əyalətin dövlət müəssisələrində iş günləri ləğv olunacaq, - məlumatı İLNA yayıb.
Banklar və xəstəxanalar fəaliyyət göstərəcək.
 
 Nazirlər  Kabinetinin qərarına əsasən, digər əyalətlərin dövlət  müəssisələrində iş gününün ləğv olunması barədə qərar, lazım gələrsə,  əyalət qubernatorları tərəfindən veriləcək.
 
 İran İslam Respublikasında cümə günü qeyri-iş günü hesab olunur. /TREND/