Yaxın şərq » Misir öz qazının "Panərəb" kəməri vasitəsilə "Nabukko"ya nəqli imkanını nəzərdən keçirir – neft naziri
Misirin neft naziri Samih Fəhmi

Misir öz qazını bu marşrutla tədarük etmək üçün "Panərəb" qaz kəmərinin "Nabukko" boru kəmərinə qoşulması imkanını nəzərdən keçirir. Bu barədə Trend-ə Bakıda Misirin neft naziri Samih Fəhmi bildirib.

Misir "Nabukko" layihəsinin səhmdarları ilə danışıqlar aparıb və səylərin əlaqələndirilməsi barədə razılığa gəlib. "Biz bu layihənin əlaqələndiricilərindən biriyik", - Fəhmi deyib.

Misir Livan, İordaniya və Suriya ilə yanaşı, "Panərəb" qaz boru kəmərinin iştirakçılarından biridir.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracını nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında "Nabucco Gas Pipeline International"ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!